F-1.az bildirir ki, Kolumbiya da Formula1 yarışının qəbul edilməsi ilə bağlı planlarını açıqlayıb. Barrankilya şəhərinin meri Xayme Pumahero yerli Blu radiosunun efirində bunları deyib: “Formula1-in nümayəndələri artıq şəhərimizdə olublar və buradan çox razı qalıblar. Bütün problemləri həll edə bilsək, 2024 və ya 2025-ci ildə artıq yarışı keçirməyi müzakirə edə biləcəyimizi düşünürəm. Onillik müqavilə imzalamağı gözləyirik”.
Kolumbiya F1-ə ev sahibliyi etməkdə maraqlıdır
Gələn il 24 yarış olacaq və F1 tarixinin ən uzun mövsümü baş tutacaq. Buna baxmayaraq, təqvimə girmək istəyən ölkələrin sayı azalmır.