Kolton Herta Andretti Cadillac-da bir yerə namizəddir

Kolton Herta 2023-cü ildə AlphaTauri-də Pyer Qaslini əvəzləməyə iddialılardan biri idi, lakin amerikalı sürücü super lisenziya almaq üçün kifayət qədər xal toplaya bilmədi və FİA onun üçün istisna etmədi.

F-1.az xəbər verir ki, federasiyanın qərarlarını şərh edən Kolton bildirib ki, onun üçün Formula1 mövzusu ən azı bir müddətlik qapalı qalıb.

Keçən həftə Maykl Andrettinin Formula1-də iştirak üçün Cadillac ilə birgə ərizə təqdim etmək planları barədə məlumat yayılmışdı. Layihə çərçivəsində hələ görüləsi çox işlər var və ərizənin təsdiqlənəcəyi dəqiq deyil, lakin Maykl artıq bildirib ki, uğur qazanarsa, Kolton Hertaya maşınlardan birinin sükan arxasında oturmağı təklif edəcək.

Maykl Andretti: “Biz komandaya amerikalı sürücü dəvət etməyi planlaşdırırıq. Düşünürəm ki, siz bizim namizədlər siyahısında kimin olduğunu bilirsiniz.

Kolton komandamızı IndyCar-da təmsil edir. Biz Formula1-də ümumamerikalı komanda yaratmaq və amerikalı sürücü üçün sükan arxasında yerə zəmanət vermək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*