Köhnə sıralanma turu formatı qaytarılır

Berni Ekklstounun 11 komandanın nümayəndələrinin hamısı tərəfindən imzalanmış məktub aldığı və bu məktuba əsasən də 2015-ci ildəki formata qayıtmağa razılıq verdiyi bildirilir.

F-1.az xəbər verir ki, mövsümün ilk 2 yarışında tətbiq edilən yeni sıralanma turu formatının fiaskoya uğraması, komandaların bu formata etiraz etməsi FİA və FOM rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub.

Lakin gələn ilkin məlumatlarda bildirilir ki, Berni Ekklstoun komandaların 2015-ci il formatına qayıtmaq tələbinə müsbət cavab verib. O və FİA rəhbərliyi komandaların təkidi qarşısında yeni təklif axtarmağın mənasız olacağı qənaətinə gəliblər.

Belə görünür ki, Çin Qran Prisindən etibarən köhnə sıralanma turu formatını görəcəyik…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*