Avstraliya Qran Prisinin stüardları Kevin Maqnusseni cərimə ediblər – danimarkalı sürücü sıralanma turunda pit-leyndə sürət həddini aşıb.
Asvtraliyada həftəsonunun bütün sessiyalarında sürət həddi 60 km/saat təşkil edir. McLaren sürücüsü sıralanma turunda pit-leyndə 61.1 km/saat sürətlə hərəkət etdiyi üçün FİA-nın kassasına 200 Avro ödəməli olacaq.