Bu gün Caterham komandasının Lifilddə bazasında baş tutan xüsusi mərasimdə komanda qarşıdkı mövsüm üçün heyətini açıqlayıb: gözlənildiyi kimi müqavilələr təcrübəli Kamui Kobayaşi və 23 yaşlı isveçli debütant Markus Eriksonla bağlanıb.
Aleksander Rossi ehtiyat sürücü qalacaq, Robin Fryayns isə test sürücü rolunu ounayacaq. Eyni zamanda, təsdiq olunub ki, Rossi indoneziyalı Rio Haryanto ilə birlikdə GP2 seriyasında Caterham komandasında çıxış edəcək.
Siriı Abitebul, komandanın başçısı: “Mən çox şadam ki, nəhayət, biz qarşıdakı mövsümdə Formula1 və GP2-də komandalarımızda çıxış edəcək sürücülərin adlarını elan edə bilərik. Düzdür, buna çox vaxtımız getdi, amma biz belə vacib qərarların qəbulu zamanı tələsmirik.
Biz şadıq ki, Kamui kimi istedadlı sürücü çempionata bizimlə qayıdır. O, çox populyardır və komandanın inkişafındakı böhran zamanı bizə kömək edəcək. Onun sürəti var, Toyota komandasında mövsümün gedişində maşının təkmilləşdirilməsi üzrə təcrübəsi bizə lazım olacaq, axı bizi Formula1 tarixində ən çətin mövsümlərdən biri gözləyir.
Onunla birlikdə Markus çıxış edəcək, onu Formula1-də debüt gözləyir, amma öz karyerası boyu o, bu keçidə ideal hazırlıq keçib. Aşağı seriyalarda çox istedadlə sürücü olmasını qələbələri ilə sübut edib. Biz onu tam dəstəkləyəcəyik ki, Formula1-də öz istedadını tam göstərə bilsin.”
Kamui Kobayaşi: “Mən çox şadam ki, Formula1-ə qayıdıram və Caterham kimi komandanın heyətində çıxış etmək mənə çox xoşdur. Komanda qarşısına çox ciddi məqsədlər qoyub, mən də bu məqsədlərin realizəsinə çalışacam.
Komandanın məni dəvət etməsi mənim üçün böyük şərəfdir, komanda mənim təcrübəmə qiymət verərək başa düşür ki, mən ona nə verə bilərəm. Tezliklə işə başlamaq, yeni maşına əyləşmək, testlərdə işləmək və starta çıxmaq istəyirəm!”
Markus Erikson: “Bu gün mənim üçün əlamətdar gündür, təkcə mənim üçün deyil, mənim arzumun reallaşmasına kömək edən hər bir kəs üçün bayramdır. Mən çempionatda debüt edəcəm və qarşıdakı mövsümün ilk startını səbirsizliklə gözləyirəm.
Əlbəttə, bu hadisə bütün İsveç üçün yaxşıdır, sonuncu dəfə mənim həvətənim çempionatda 1991-ci ildə çıxış edib. Əminəm ki, həm komanda, həm də mən mövsümün gedişində inkişaf edəcəyik.”