K.Kobayaşi Pirelli-nin test sürücüsü ola bilər

Sabah Milanda Pirelli şirkətinin avto-moto idman mövsümünün təqdimat mərasimi keçiriləcək. Mərasimdə Pirelli Motorsport-un başçısı Pol Hembri də iştirak edəcək. İtaliya […]

Sabah Milanda Pirelli şirkətinin avto-moto idman mövsümünün təqdimat mərasimi keçiriləcək. Mərasimdə Pirelli Motorsport-un başçısı Pol Hembri də iştirak edəcək. İtaliya KİV-i xəbər yayıb ki, mərasimdə Kamui Kobayaşinin 2013-cü ildə şirkətin test sürücüsü olması barədə elan verilə bilər.

Keçən il şirkətdə bu vəzifəni braziliyalı sürücü Lukas di Qrassi icra edirdi, amma f1passion saytının bildirdiyinə görə, braziliyalı sürücü artıq özünə yeni iş yeri axtarır. Xatırladaq ki, Sauber komandası Kobayaşi ilə müqaviləsini uzatmayıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*