Bu gün səhər sərbəst yürüşlərdə Kristian Klin Hispania-nın sükanı arxasında Karun Çandhoku əvəz edib. Bir neçə gün əvvəl avstriyalı sürücü komanda ilə test və ehtiyat sürücü müqaviləsi imzalayıb, bu gün səhər FİA-nın superlisenziyasını alıb və trasda Bruno Sennanı yarım saniyə qabaqlayıb.
Yürüşlərdən əvvəl BBC-yə müsahibəsində Çandhok jurnalistlərə bildirmişdi ki, əgər Klin Bruno yarım saniyə qabaqlayarsa, təəccüblənəcək, amma hər şey elə belə də alınıb…
Karun Çandhok: “Kristianın sürəti məni həqiqətən təəccübləndirib, amma onun güclü komandalarla böyük iş təcrübəsi var, bu isə ona kömək edir. Bizim komanda rəqiblərə çox uduzur, inkişafa imkan verən hər bir məlumat çox vacibdir, hərçənd, digər tərəfdən isə, mən yerimi ona verdiyim üçün məyus olmuşam – mən də trasda maksimum vaxt keçirmək istəyirəm.”
Nahardan sonra Çandhok sükan arxasına qayıdacaq…