Avropadan bu dəfə yarışa 3 sürücü dəvət olunub – Kimi Rəykkönen, Daniil Kvyat və Mayk Rokkenfeller.
Kimi 27-ci yerdən start alsa da, çox sürətli olub və yarışın ortasında artıq ilk 10-luqda qərarlaşıb, bəzi dövrələrdə isə 9-cu yerə də yüksəlib. Sonuncu pitdən sonra geriləsə də, qarşısındakı sürücülərin pitindən sonra 8-ci yerə yüksəlməsi gözlənilib, amma…
Növbəti restartdan sonra Kiminin arxasında olan komanda yoldaşı Ross Çesteynin ona yüngülcə toxunması hər şey məhv edib – Kimi idarəetməni itirib və baryerlərə çırpılıb. Nəticədə sükan mexanizmi əyildiyi üçün mübarizəni davam etdirmək mümkün olmayıb.
Mayk Rokkenfeller finiş xəttini 30-ci yerdə, Daniil Kvyat isə sonuncu 36-cı yerdə keçib. Qələbəyə isə Kayl Larson sevinib…