Kimi Rəykkönen üçüncü dəfə ata olub

Çərşənbə axşamı axşam 2007-ci ilin dünya çempionunun həyat yoldaşı Minttu Rəykkönen əvvəlcədən məlum olan xəbəri paylaşıb: "Ailədə çoxdan gözlənilən artım baş verdi!"

F-1.az xəbər verir ki, Kimi və Minttunun Qreys adlı qızları dünyaya gəlib.

Sosial şəbəkələrdə qısa şərhi yazılmış təsirli bir şəkil paylaşılıb: “Bu dünyaya xoş gəldin, Qreys! Səni çox, lap çox sevirik!”

Digər təfərrüat hələlik bildirilməyib, ancaq ailədə qızın doğulması barədə dərhal məlumat verilməsinə əsasən, onun və anasının səhhətinin qaydasında olduğunu güman etmək olar.

Fotoda Minttu ilə birlikdə xoşbəxt ata və böyük övladları, hazırda kiçik bir bacısı olan 8 yaşlı Robin və 6 yaşlı Rihannanı görürük.

Şübhə yoxdur ki, ailə sadəcə saysız-hesabsız təbriklər alacaq, çünki Kimi Formula1 karyerasını başa vurduqdan sonra da dünyanın ən məşhur sürücülərindən biri olaraq qalır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*