Kimi Rəykkönen: “Heç kəs vecimə deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, insanların fikri ona maraqlı deyil.

F-1.az xatırladır ki, Sebastyan Fettel çempionluq uğrunda mübarizə apardığı halda, Rəykkönen eyni performansı göstərə bilmir.

Kimi Rəykkönen: “Məncə, sürətim elə də pis deyildi. İnsanların düşüncəsi vecimə deyil. Nələr olacağını bilirəm. Bəzi günlər çox səbəblərə görə asan olur. Sürətli olmadığımı hiss etsəydim, burada olmazdım.

Sadəcə xallara baxsaq, istədiyim yerdən çox uzaqdayam, amma bu işlərin gedişatından qaynaqlanır. Komandanı və ətrafımdakı insanları düşünsək, çox xoşbəxtəm. Amma komanda olaraq inkişaf etmək istəyirik. Qalib gəlsəniz və dubl etsəniz də, həmişə inkişaf edə biləcəyiniz sahələr var. Xüsusən də, bu, idman növündə bitməyən hekayədir. Hədəflərimizdən zəif mövsüm keçirdik, amma burada işlər belə gedir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*