K.Horner: “Strategiyaya yanaşmanı dəyişməliyik”

Şanxayda Red Bull sürücüləri peletonun əks qütblərindən start almışdılar – Sebastyan Fettel yarışa pouldan, Mark Uebber isə 18-ci yerdən başlamışdı, […]

Şanxayda Red Bull sürücüləri peletonun əks qütblərindən start almışdılar – Sebastyan Fettel yarışa pouldan, Mark Uebber isə 18-ci yerdən başlamışdı, amma sonda onların hər ikisi podium qazanmışdılar. Sunday Times qəzetinə müsahibəsində Red Bull komandasının başçısı Kristian Horner strategiyaya baxışın dəyişməsinin mümkünlüyündən danışıb…

Kristian Horner: “Uebberin nəticəsi bizim hamımızı sıralanma turunun əhəmiyyəti barədə düşünməyə məcbur edib. İndi ötmələr asanlaşıb, köhnə və yeni təkərlərin sürət fərqinin böyük olması üzündən isə biz hər bir trasda vəziyyəti yenidən qiymətləndirməli olacayıq ki, maksimum yüksək mövqedən start almağın vacibliyini başa düşək. Strategiya üzrə bizim mütəxəssislər uik-endə yanaşmanı təyin etmə zamanı vacib rol oynayacaqlar.

Trasın xüsusiyyətləri və təkərlərin yeyilmə xarakteri yarışın həlledici anında sürücünün təzə təkər dəstinə malik olmasını ön plana çıxara bilər, çox güman ki, buna görə sıralanma turu qurban verilə bilər. Sürücü bu üstünlüyü realizə etmək üçün çoxlu ötmələr etməlidir, amma Mark sübut etdi ki, bu, mümkündür. Əgər yarış beş dövrə də davam etsəydi, o hətta qalib də gələ bilərdi, amma yarış beş dövrə az olsa idi, adi strategiyadan istifadə edən Sebastyan qalib gələ bilərdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*