Red Bull komandasının başçısı Kristian Horner Caterham komandasının Heykki Kovalaynenlə müqaviləsini uzatmamasından çox təəssüflənib…
Kristian Horner: “Çox təəssüf ki, Heykki bu il starta çıxmayacaq, o, Formula1-də çıxış etməyə layiqdir. Heyif, komandalar iqtisadi baxımdan sponsor paketi olan sürücüləri dəvət etməli olurlar, amma son 30 ildə vəziyyət elə bu cürdür.”
Red Bull komandasının başçısı Heykkini çox gözəl tanıyır: 2005-ci ildə GP2 seriyasında finlandiyalı sürücü Hornerin başçılıq etdiyi Arden komandasında çıxış ediridi…