Şayiələr gəzir ki, Red Bull komandasının başçısı Kristian Horner bu yaxınlarda istefa vermiş Norbert Hauqu Mercedes-Benz Motorsport-un başçısı vəzifəsində əvəz edə bilər. Hauqun getməsindən sonra Mercedes mövqelərini gücləndirmək istəyir.
Almaniyada dərc olunan Bild-in jurnalistlərinə məlum olub ki, Hornerin namizədliyi Mercedes-in direktorlar şurasında müzakirə olunub, amma Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mercedes gecikib – bu yaxınlarda Horner Red Bull-la müqaviləsini uzadıb…