Red Bull komandasının başçısı Kristian Hornerin fikrincə, Sebastyan Fettelin Kanadada yarışı hətta sonuncu dövrədə buraxdığı səhv üzündən qələbəni əldən verməsinə baxmayaraq, “gözəl” alınıb…
Kristian Horner: “Bu elə də vacib deyil. Özünüz gördünüz ki, beş saat ərzində nələr baş verdi. Doğrudan da çətin olan şəraitdə hamı səhvə yol verdi, ona görə də Fettel məyus olmamalıdır. Məncə, Seb yarışın əvvəlindən sonunadək öz işinin öhdəsindən əla gəldi, gözəl yarış keçirdi – bəlkə də həmin o səhv burxmayan yeganə sürücü oldu.”
Britaniyalı mütəxəssisin fikrincə, altıncı döngədə Fettelin trayektoriyadan çıxmasına səbəb, DRS sistemini aktivləşdirmək üçün intervalın ölçülməsi xəttinə yaxınlaşarkən, almaniyalı sürücünün Censondan aralanmaq istəyi olub – bu xətt üzərində interval bir saniyədən az olsaydı, britaniyalı sürücü sonuncu dövrədə DRS-in köməyi ilə Fetteli keçə bilərdi…