K.Horner: “Əyilən qanadlar mövzusunu bağlamaq vaxtıdır”

Red Bull komandasının başçısı Kristian Horner güman edir ki, Mclaren komandasından olan rəqiblərinin RB7-nin ön antiqanadından gileymələrinə son qoymaq vaxtıdır […]

Red Bull komandasının başçısı Kristian Horner güman edir ki, Mclaren komandasından olan rəqiblərinin RB7-nin ön antiqanadından gileymələrinə son qoymaq vaxtıdır – Avstraliya Qran Prisindən sonra əyilən ön antiqanadlar mövzusu yenidən gündəmə gəlib.

Keçən ilin ortalarında Red Bull komandası qadağan olunmuş belə elementlərdən istifadədə ittiham olnumuşdu, amma FİA-nın ekspertləri maşının konstruksiyasında qeyri-qanuni heç nə tapa bilməmişdilər.

Buna baxmayaraq, yeni mövsümdə McLaren sürücüləri yenidən bu mövzuya qayıdıblar: bu gün mətbuat konfransında Censon Batton deyib ki, “mən bir neçə mütəxəssislə danışmışam, onların hamısı hesab edir ki, ön qanadlar çox əyilir, amma mən özüm bunu görməmişəm.”

Məlumdur ki, Horner həmişə Red Bull maşınlarının reqlamentə uyğun hazırlanmasını israr edir, ona görə də, rəqiblərinin yeni gileylərini emosional qarşılayıb…

Kristian Horner (jurnalistlərdən birinin əlindən bloknotu alaraq hər şeyi əyani göstərib): “Mən indi sizə sadə yolla hər şeyi başa salacam.

McLaren-in hazırladığı maşın yerə çox yaxındır, ona görə də ön antiqanad yerə çox yaxınlaşa bilmir. Bizim maşının isə arxadan önə mailidir, yəni arxası bir qədər yuxarıdır, ona görə də öndən baxdıqda sizə elə gəlir ki, ön antiqanad normadan çox yerə yaxınlaşıb.

Bu elementar bir çeydir, bizim qanadımız həmişə reqlamentə uyğun olub.

Amma rəqiblərimizin gileyini kompliment kimi qəbul edirik. Məncə, bizim qədər ön antiqanadın hazırlanmasına heç kim vaxt sərf etməyib. Bir şeyi də bilin ki, texniki təftişi McLaren deyil, FİA keçirir və bizim maşınlar təftişi asanlıqla keçirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*