K.Horner: “Bu il biz Mercedes AMG ilə hesablaşmalı olacayıq”

Mövsümöncəsi testlərdə Mercedes AMG maşınlarının sürəti hamını təəccübləndirib: Niko Rosberq və Lyuis Həmilton son günlərin protokollarına başçılıq ediblər, Niko isə […]

Mövsümöncəsi testlərdə Mercedes AMG maşınlarının sürəti hamını təəccübləndirib: Niko Rosberq və Lyuis Həmilton son günlərin protokollarına başçılıq ediblər, Niko isə Rubens Barrikellonun 2009-cu ildə göstərdiyi trasın rekorduna yaxınlaşıb. Testlərin nəticələrini şərh edərkən, Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, deyəsən, bu il hamı Mercedes AMG komandası ilə hesablaşmalı olacaq, xüsusən də, Lyuis Həmiltonun komandaya keçməsindən sonra…

Kristian Horner: “Öz proqramları üzrə işləyərkən Mercedes AMG komandası əla sürət nümayiş etdirmişdi. Elə təəssürat yaranır ki, onların maşını çox sürətlidir, Lyuis Həmiltonun komandaya keçidi də öz təsirini edib. Lyuis yüksək nəticələr göstərmək iqtidarındadır, məhz buna görə də onunla müqavilə imzalanıb. Lyuis dünya səviyyəli sürücüdür, özünün yeni komandasının rəqabətədavamlılığını da artıracaq – bu il biz, eləcə də digər top-komandalar Mercedes AMG ilə hesablaşmalı olacayıq.

Biz ardıcıl üç il hər iki titulu qazanmışıq – bu, artıq tarixdir. Bu nailiyyət gösərir ki, Red Bull birgünlük komanda deyil. Bəzi aspektlərdə pressinq azalıb, amma ümüumən biz son illərdə göstərdiyimiz çıxış səviyyəmizi qorumağa çalışırıq. Komanda əvvəlki kimi qələbəyə can atır və hər iki titulu qorumaq üçün əlindən gələni edəcək…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*