K.Horner: “Biz hər bir yarışda diqqətli olacayıq”

Brawn GP komandasının çempionatda üstünlüyü kifayət qədər böyükdür, amma hələ heç nə həll olunmayıb – bu həftə mövsümün hələ yeddinci […]

Brawn GP komandasının çempionatda üstünlüyü kifayət qədər böyükdür, amma hələ heç nə həll olunmayıb – bu həftə mövsümün hələ yeddinci yarışı keçiriləcək. Red Bull Racing komandasının başçısı Kristian Horner jurnalistlərə bildirib ki, komanda ardıcıl taktikaya üstünlük verəcək – yəni hər bir yarışa məxsusi yanaşma olacaq. Maşınların sürətləri arasındakı fərq elə də böyük deyil, amma uğur qazanmaq üçün Red Bull mütəmadi olaraq Brawn GP-ni qabaqlamalıdır…

Kristian Horner: “Hər iki çempionatda Brawn GP böyük üstünlüyə malikdir, ona görə də biz hər bir yarışa ayrılıqda diqqət yetirəcəyik – qarşıdakı yarışlar keçirilən traslar daha çox bizim maşına uyğun gəlir, komanda aerodinamik boruda bəzi yenilikləri yoxlayıb və biz ikili diffuzorla işə hələ indi başlayırıq. Arxada qalan yarışlarda Censon Batton təxminən maksimum nəticə göstərib, amma Formula1-də vəziyyət tez dəyişir. Hələlik hər şey Brawn GP-nin xeyrinə alınır – Avstraliyada biz onlara çox yaxın idik, amma Kubitsa ilə insident yarışın taleyini həll etdi və biz xal toplaya bilmədik. Malayziyada Sebastyan cərimə olunmuşdu, Mark isə yarışı əla keçirdi – əgər yarışı bir dövrə əvvəl və ya sonra saxlasaydılar o üçüncü olacaqdı. Beləliklə, ilk iki yarışdan sonra cəmi xal yarım – bu çox pis nəticədir.

Çində biz dubla imza atdıq, Bəhreyndə ən sürətli maşın və ən yaxşı taktikamız olmasına baxmayaraq, Toyota sürücüləri daha az yanacaqla poul qazandılar, Fettel isə startdan sonra KERS qoyulmuş Lyuis Həmiltonun arxasında ilişib qaldı. Lyuisi və Trullini keçəndən sonra Batton artıq əlçatmaz idi. Barselonada hər şey təkrar olundu – yenə də taktika və maşının sürəti bizim xeyrimizə olsa da, startdan sonra KERS qoyulmuş Felipe Massanın arxasında vaxt itirməli olduq.

Monako trası isə bizim maşının xarakterinə uyğun gəlmirdi, amma biz hər iki maşınımızı ilk altılıqda görməyə ümid edirdik. Brawn GP ilə mübarizənin ən yaxşı yolu sıralanma turuna daha az yanacaqla çıxmaqla poulu qazanmaq idi, amma Sebastyana sıralanma turunda Nakacima mane oldu.

Bəlkə KERS qoyulmuş maşınlar Barselona və Bəhreyndə bizə Brawn GP sürücülərindən çıx mane olublar, amma biz təkbətək mübarizəni səbirsizliklə gözləyirik – Çindən başqa bir yerdə bizim belə imkanımız olmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*