F-1.az xəbər verir ki, danimarkalı sürücü bu xalı Yuki Tsunoda ilə gərgin mübarizədə qazana bilib.
Kevin Maqnussen: “Bu, bizim üçün çox vacib xaldır. Həftəsonuna yaxşı şəkildə başlamadıq, amma vəziyyəti xeyrimizə döndərə bildik. Təəssüf ki, dünən ötürmələr qutusunda problem var idi, amma bu gün heç bir problem yox idi, mən yarışa yaxşı başladım, təkərlərin vəziyyətinə effektiv nəzarət edə bildim, xüsusən də daha sərt təkərlərə – Tsunodadan daha çox dövrə vurmuşdum, amma mənim təkərlərim daha yaxşı vəziyyətdə idi.
Yarışın sonunda onu ötüb xal qazana bildim”.