Kəssidi ardıcıl 2-ci qələbə ilə liderliyə yüksəlib

Bu gün elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 9-cu yarışı baş tutub.

F-1.az xəbər verir ki, startdan əvvəl məlum olub ki, sıralanma turunda 1-ci olmuş Saşa Fenestraz enerji limitini aşdığı üçün cərimə olunub, onun son cəhdi ləğv olunub, nəticədə finalda ona uduzmuş Mark Hyuz pouldan yarışa başlayıb.

Hyuz ilk döngədə liderliyini qoruyub, onun arxasında isə sürücülər çox aktiv olublar. Ona görə də tezliklə hücum modunun aktivləşdirilməsi başlayıb – həm hücum edənlər, həm də müdafiə olunanlar trayektoriyadan çıxaraq modu aktivləşdiriblər. Ona görə də sürətli yerdəyişmələr baş verib.

Peletonun başında sürücülər bir-birini əvəz edib – Hyuzdan sonra Fenestraz, daha sonra Norman Nato, Nik Kəssidi, Mitç Evans liderliyə yüksəliblər. İlk hücum dalğasından sonra Kəssidi öndə qala bilib. Ona bir az trasa çıxan Təhlükəsizlik Maşını da kömək olub – arxadakı sürücülər aktivləşdirdikləri hücum modundan yararlana bilməyiblər.

Restartdan dərhal sonra Evans start düzlüyündə liderliyi ələ alıb. Bir neçə dövrə sonra Nik liderliyi özünə qaytarıb. Bu zaman Ceyk Dennis Fenestrazı keçərək 3-cü yerə yüksəlib. İlk dördlük çox sıx hərəkət edib.

Evansın yarışın sonunda daha çox enerjisi qaldığı üçün komanda onu daha aktiv olmağa çağırıb. Amma təəssüf yenizelandiyalı sürücünün istəyini TM ürəyində qoyub. İki dəfə trasa çıxan TM elə finiş xəttinə də peletonu arxasında çatdırıb.

Nəticədə yenizelandiyalı sürücülər dubl ediblər – Nik Kəssidi ardıcıl 2-ci qələbəsinə sevinib və builki nənəni davam etdirib: mövsümün 9 yarışında poul qələbəyə çevrilməyib.

Podiumu Mitç Evans və Ceyk Dennis tamamlayıblar.

Monakodan sonra çempionatın lideri də dəyişib – Paskal Verlyayn bu gün cəmi bir xal topladığı üçün Nik Kəssidi onu arxada qoyub. Hazırda Niki aktivində 121 xal var, Paskal ona 20 xal uduzur. Komandaların hesabında da Envision liderliyi ələ alıb və Porsche-ni 13 xal qabaqlayır.

Bir aydan sonra çempionat Cakartada iki yarışla davam edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*