F-1.az xəbər verir ki, 24 yaşlı Kərri Şrayner və ART Grand Prix komandası arasında müqavilənin bağlanması elan olunub.
Almaniya sürücü formulalarda debütünü hələ 2015-ci ildə Almaniya Formula4 çempionatında edib. 2016-cı ildə o, Almaniya və Britaniya Formula4-də çıxışlarını birləşdirib, bundan sonra GT yarışlarına keçib və F1 Academy-yə keçədən karyerasını burada davam etdirib.
Kərri Şrayner: “ART Grand Prix-in sürücüsü olmaqdan duyuram, çünki çox az komanda bu qədər titulla öyünə bilər. Komandaya qoşulduğum üçün fəxr edirəm – gəlin görək, birlikdə hansı nəticələrə nail ola bilərik.
Mən Formula1-in qadın yarışları seriyası təşkil etmək qərarını çox mühüm addım hesab edirəm. Yeni aerodinamikaya malik maşını sürmək mənim üçün maraqlı olacaq. Yaxşı çıxış etmək üçün mənə lazım olan hər şey var. Ən yaxşı nəticələr əldə etmək və birinci yerlər uğrunda mübarizə aparmaq üçün əlimdən gələni edəcəyəm”.