Ken Blokun 43 nömrəsi dövriyyədən çıxarılıb

WRC rəhbərliyi dünyasını dəyişmiş Ken Blokun xatirəsini yaşatmaq üçün onun yarışdığı 43 nömrəni dövriyyədən çıxarıb.

F-1.az xatırladır ki, amerikalı sürücü 25 dəfə WRC-də yarışa qatılmışdı və onun ən yaxşı nəticəsi 2013-cü ilin Meksika yarışındakı yeddincilik olmuşdu. O, yanvarın 2-də qar skuterində qəza edərək, dünyasını dəyişmişdi.

FİA-nın prezidenti Ben Sulayem: “Ken Blokun avtoidmana böyük qatqıları olmuşdu. Ona dünyanın hər tərəfində hörmət edirdilər. Buna görə də 43 nömrəni dövriyyədən çıxarmağa qərar verdik. Bu jest kiçik olsa da, ümid edirik ki, ailəsinə və dostlarına rahatlıq verəcək. Ken əsl əfsanə idi və onun xatirəsi sona qədər bizimlə yaşayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*