F-1.az xəbər verir ki, yerli polis daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirib, məlum olub ki, idarə etdiyi vasitə aşaraq Kenin üzərinə düşüb və o, hadisə yerində ölüb. Yarış zamanı qrup şəklində hərəkət etsələr də, hadisə zamanı təcrübəli sürücü tək olub.
Komandanın sosial şəbəkələrdəki rəsmi hesabında belə açıqlama verilib: “Ken Blokun bu gün qəza edərək həyatını itirdiyini böyük məyusluqla təsdiq edirik. O, uzaqgörən, qabaqcıl şəxs və eyni zamanda bir simvol idi. Hər şeydən əvvəl isə yaxşı ata və həyat yoldaşı idi. Onun üçün darıxacağıq”.
Xatırladaq ki, Blok bir çoxlarının təqaüdə çıxdığı yaşlarda yarışmağa davam edib, üstəlik Rally America çempionu olaraq adından bir daha bəhs etdirib. O, həm də yaxşı mühəndis olaraq tanınıb, bir çox markanın ərsəyə gətirdiyi xüsusi maşınlarda onun da əməyi olub.