F-1.az xəbər verir ki, dünən Vogue-ya verdiyi müsahibədə Kelli Maksdan uşaq sahibi olmaq arzusundan danışıb…
Kelli Pike: “Daha çox uşaq sahibi olmaq və gələcəkdə uşaq xeyriyyə layihəsi təşkil etmək istərdim. Nyu Yorkda oxuyarkən yayı Tanzaniyada könüllü olaraq Dar əs-Salamdan dördsaatlıq məsafədə yerləşən Baqamoyo kəndində üç və ya dördyaşlı uşaqlara ingilis dilini öyrətməklə keçirmişdim. Bu, asan deyildi, amma həyatımın ən xoşbəxt anlarından biri idi.
Maksla tanış olanda dərhal bir növ sehr hiss etdik. Ola bilsin ki, bir gün bu hekayəni danışarıq, amma dediklərimə diqqət yetirirəm, çünki internetə düşür. Həyatın bəzi anlarını sirr saxlamağa dəyər”.