Keçən il Ferrari mexanikləri pit-stoplarda hamını qabaqlayıblar

Keçən il Red Bull və Mercedes AMG komandaları yalnız çempionat traslarında deyil, həm də pit-leyndə mübarizə aparırdılar – pit-stopda kimin […]

Keçən il Red Bull və Mercedes AMG komandaları yalnız çempionat traslarında deyil, həm də pit-leyndə mübarizə aparırdılar – pit-stopda kimin sürətli olması bir çox hallarda yarışın taleyini də həll edə bilərdi.

Əvvəlcə Malayziya Qran Prisində Red Bull mexanikləri Mark Uebberin maşınında təkərləri 2.05 saniyəyə dəyişməklə dünya rekorduna imza atdılar. Suzukada bu nəticəni Mercedes AMG mexanikləri cüzi üstələdilər – 2.03 saniyə. Lakin ABŞ Qran Prisində rekord yenidən çempion komandaya qayıtdı – 2.01 saniyə. Amma bu rekordlara baxmayaraq, keçən il keçirdikləri bütün pit-stopların orta sürətinə görə Ferrari hər iki komandanı qabaqlayıb.

Almaniyanın Auto Motor und Sport jurnalı maraqlı statistika dərc edib – jurnalistlər Formula1-in hər bir komandasının mövsümdə keçirdikləri pit-stoplara sərf etdikləri zamanı toplayaraq orta kəmiyyətlər müəyyən ediblər. Məlum olub ki, öz sürücülərini hamıdan sürətlə Ferrari mexanikləri yola salıblar – 19 yarışda 89 pit-stop keçirən komanda orta hesabla sürücülərinə 2.78 saniyə vaxt sərf edib. Mercedes AMG ikinci olub: 86 pit-stopa orta hesabla 2.95 saniyə.

Keçən il Sebastyan Fettel və Mark Uebber boksda 89 dəfə dayanlblar və orta pit-stop zamanı 2.96 saniyə təşkil edib. McLaren mexanikləri dördüncü olublar – 82 pit-stop və 3.18 saniyə. Cədvəldə sonrakı yerləri Lotus (3.35 saniyə), Sauber (3.74 saniyə) və Toro Rosso (3.84 saniyə) mexanikləri tutublar. Marussia, Caterham və Force İndia komandaları uyğun olaraq 4.31 saniyə, 4.52 saniyə və 4.58 saniyə vaxt sərf ediblər. Sonuncu nəticəni isə Williams komandası göstərib – britaniyalılar 2013-cü ildə sürücülərinin qulluğuna orta hesabla 5.42 saniyə sərf ediblər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*