Bu həftə Berni Ekklstoun Cankarlo Fizikellanın Ferrari-yə keçidindən sonra təəssüflənmişdi ki, Vicey Malya sükan arxasına hindistanlı sürücünü otuzdurmayıb, məsələn, GP2 seriyasında çıxış edən Karun Çandhoku. Bu gün Malya jurnalistlərə bildirib ki, Karun trenajorda test keçəcək…
Vicey Malya: “Mən şadam ki, Ekklstoun Hindistanın böyük potensialını və çempionatda milli sürücünün peyda olması imkanını etiraf edir, mən avtoidmanın ölkəmizdə populyarlaşması üçün əlimdən gələni edirəm və Berni ilə razıyam. Mən bu məsələni Çandhokla müzakirə etmişdim və bizim trenajorda onu yoxlamaq qərarına gəlmişəm, çünki başa düşmək lazımdır ki, o Formula1 maşınının öhdəsindən gələ biləcəkmi? Başlanğıc üçün Karun GP2-də bir neçə qələbə qazanmalıdır və trenajorda özünü göstərməlidir, bütün bunlardan sonra mən onu Formula1-ə çağıran birinci adam olacam.”