Campos komandasının başçısı Kolin Kolles bildirib ki, komanda hindistanlı sürücü Karun Çandhokla müqavilə imzalamağa yaxındır. Karun haqqında mətbuat keçən həftədən danışır – Xose Ramon Karabante Campos-a sahib olduqdan sonra Kolleso komandaya başçı təyin etdiyi gündən.
Kolles təsdiq edib ki, Çandhokla müqavilə yaxın günlərdə imzalana bilər. Britaniyanın Autosport saytı bildirib ki, hindistanlı sürücüdən iki gün əvvəl Campos üçün maşın hazırlayan Dallara şirkəti oturacağın ölçülərini götürüb.
Kolin Kolles: “GP2-də Karunun göstərdiyi nəticələr bizi qane edir və biz müqavilə imzalamağa yaxınıq. Hindistan böyük ölkədir və əgər milli sürücü Formula1-də iştirak edərsə, bu idmanın xeyrinə olacaq.
Amma daha təfərrüatlı məlumatı bir neçə gündən sonra verəcəyik. Mənim məqsədim komandanı Bəhreyndə starta çıxarmaqdır. Bu böyük nailiyyət olacaq. Biz düzgün istiqamətdə irəliləyirik və gücümüz çatan hər bir şeyi edəcəyik ki, Karun bizim sürücümüz olsun.”
Əgər Karun Campos-la müqavilə bağlayarsa, onda Formula1-də çıxış etmiş ikinci sürücü olacaq – 2005-ci ildə Jordan komandasında Narain Kartikeyan çıxış etmişdi, o zaman komandaya məhz Kolin Kolles başçılıq edirdi. Autosport-un xəbərinə görə, hələlik Bruno Sennanın Campos-da gələcəyi sual altındadır: hər şey braziliyalı sürücünün sponsorlarından asılıdır. Əgər Bruno lazım olan məbləği toplaya bilməsə, onun yerini US F1 komandası ilə müqaviləsi olan Xose Mariya Lopes tuta bilər…