Kayodan mövsümdə daha bir qələbə

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula3 çempionatında mövsümün 8-ci mərhələsi qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, poulun sahibi Xuan Manuel Korrea startda liderliyini qoruyub. Onun arxasında Zak O Sallivan Qrequar Sosini keçib, amma onların hər ikisini 4-cü yerdən start alan Kayo Kollet keçib.

Titula namizəd Viktor Marten 11-ci yerdən 8-ci yerə yüksəlib. Mövsümün lideri Ayzek Həcər isə startda Sebastyan Mantoyanı qabaqlayaraq 6-cı yerə yüksəlib.

4-cü dövrədə Kollet 1-ci döngədə liderliyi ələ alsa da, Korrea əks hücumla mövqeyini geri qaytarıb. Bir dövrə sonra isə Kollet yenidən irəli çıxıb və bu dəfə rəqibinin əks hücumunu dəf edə bilib.

Arxada isə Conni Edqar Sosini ötərək 4-cü yerə, Marten isə Mantoyanı üstələyərək 7-ci yerə yüksəlib.

Bundan sonra peleton stabilləşib və xal zonasında ötmə olmayıb.

Niderlandın KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının braziliyalı sürücüsü Kayo Kollet Macarıstandan sonra 2-ci qələbəsinə sevinib. Yerli komandanın sürücüsünün qələbəsi azarkeşlərin alqışları ilə qarşılanıb.

Podiumu isə Korrea və Sallivan tamamlayıblar. Həcər və Marten xal qazanaraq çempionatda əsas rəqiblərindən bir az uzaqlaşıblar.

Sabah əsas yarışla Niderland mərhələsinə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*