F-1.az xəbər verir ki, yeni mövsümdə Frederikin komanda yoldaşları Qreqoar Sosi və Nikola Tsolov olacaqlar.
2022-ci ildə Frederik 27 xal qazanaraq fərdi sıralamada 17-ci yeri tutub. Onun ən yaxşı nəticəsi Silverstounda şənbə sprintində beşincilik olub.
Kaylen Frederik: “2023-cü ildə Formula3-də ART GP-yə qatılacağım üçün çox həyəcanlıyam. Mən belə görkəmli komandanın bir hissəsi olmaqdan qürur duyuram. Gəlin görək gələcək bizə nələr gətirəcək.
Sponsorlarıma və keçidi mümkün edən hər kəsə çox təşəkkür edirəm. Səmimi qəbula görə ART-yə də təşəkkür edirəm. Münasibətimiz və məhsuldarlığımız ilk səfərimizdən bəri çox ümidverici olub, ona görə də qışda və mövsümdə birlikdə işləməyə davam etmək üçün səbirsizlənirəm”.