F-1.az xatırladır ki, Kataloniya trasının müqaviləsi gələn ilin sonunda bitir və hökümət bildirib ki, əgər yarışın keçirilməsi üçün böyük məbləğ tələb olunsa, bunu qəbul etməyəcəklər.
Anhels Kakon: “Hökümət müqaviləni uzatmaq istəyir. Bunu daha əvvəl də dedik. Amma istənilən qiymətə bu olmayacaq. Olmasa da olar. Formula1 üçün böyük məbləğ ödəməyəcəyik”.
Çeyz Keri: “İspaniya Qran Prisi Formula1 üçün önəmlidir. Növbəti müqavilənin çoxillik olmasını istəyirik. Bunun üzərində işləyirik və hədəfimiz orada həmişə yarış keçirməkdir”.