F-1.az xəbər verir ki, Mark Barselonada dominantlıq edib. Honda-nın sürücüsü 104 saniyədən sürətli olan yeganə sürücü kimi günü başa vurub. Protokollarda Mark ən yaxın izləyicisini yarım saniyə qabaqlayıb.
Maraqlıdır ki, Markes əsas üstünlüyünü dövrənin ilk yarısında əldə edib, ona görə də onun üstünlüyü Moto2 sinfində Luis Salomun vəfatından sonra trasın konfiqurasiyasının dəyişməsi ilə əlaqədar deyil.
Sonuncu dünya çempionu və cari mövsümün lideri Yamaha sürücüsü Xorxe Lorenso ikinci nəticə göstərib. Sabahkı yarışın startında ilk cərgəni Markesin Honda-da komanda yoldaşı Dani Pedrosa tamamlayacaq.
Yerli sürücülərin doğma trasda uğurunu Avintia komandasının sürücüsü Hektor Barbera tamamlayıb. İkinci cərgəni onunla Yamaha-nın sürücüsü Valentino Rossi və Suzuki-dən Maverik Vinyales bölüşəcəklər.
Sabah yarış Bakı vaxtılə 16:00-da başlayacaq….
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman |
1 | Mark Markes | Repsol Honda Team | Honda RC213V | 1:43.589 |
2 | Xorxe Lorenso | Yamaha Factory Racing | Yamaha YZR-M1 | 1:44.056 |
3 | Dani Pedrosa | Repsol Honda Team | Honda RC213V | 1:44.307 |
4 | Hektor Barbera | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:44.322 |
5 | Valentino Rossi | Yamaha Factory Racing | Yamaha YZR-M1 | 1:44.324 |
6 | Maverik Vinyales | Team Suzuki MotoGP | Suzuki GSX-RR | 1:44.329 |
7 | Kel Kratçlou | Team LCR | Honda RC213V | 1:44.366 |
8 | Andrea Yannone | Ducati Team | Ducati Desmosedici GP16 | 1:44.458 |
9 | Danilo Petruççi | Pramac Racing | Ducati Desmosedici GP15 | 1:44.911 |
10 | Andrea Dovitsiozo | Ducati Team | Ducati Desmosedici GP16 | 1:45.029 |
11 | Skott Reddinq | Pramac Racing | Ducati Desmosedici GP15 | 1:45.030 |
12 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:45.218 |
13 | Aleş Esparqaro | Team Suzuki MotoGP | Suzuki GSX-RR | 1:44.914 |
14 | Brədli Smit | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | 1:45.197 |
15 | Mikele Pirro | Avintia Racing | Ducati Desmosedici GP14 | 1:45.538 |
16 | Yonni Hernandes | Aspar Racing Team | Ducati Desmosedici GP14 | 1:45.690 |
17 | Yucin Laverti | Aspar Racing Team | Ducati Desmosedici GP14 | 1:45.885 |
18 | Ştefan Bradl | Aprilia Racing Team | Aprilia RS-GP | 1:45.892 |
19 | Cek Miller | Marc VDS Racing Team | Honda RC213V | 1:45.942 |
20 | Tito Rabat | Marc VDS Racing Team | Honda RC213V | 1:46.205 |
21 | Alvaro Bautista | Aprilia Racing Team | Aprilia RS-GP | 1:46.463 |