Kartinqdən Formula1-ə: Yapon sürücüləri üçün yeni imkanlar

Toyota Motor Corporation-ın rəhbəri Akio Toyoda ümid edib ki, bu gün elan edilən Haas komandası ilə əməkdaşlıq sayəsində gənc yapon sürücülərin inkişafı üçün şərait yaradılacaq və onların Formula1-ə yolu daha asan və qısa olacaq.

F-1.az xəbər verir ki, bundan əlavə, şirkətin başçısı vaxtilə Formula1-də zavod proqramını bağlamaq qərarının mənfi tərəfinin olduğunu və indiyə qədər bundan təəssüfləndiyini etiraf edbi.

Toyoda bunu Toyota Gazoo Racing – konsernin avtoidman bölməsi ilə Haas komandası arasında yeni birgə layihənin təqdimatında deyib. Tərəflərin razılaşmasına görə, perspektivdə Toyota tərəfindən dəstəklənən sürücülər, eləcə də müxtəlif səviyyəli yapon texniki mütəxəssislər Formula1-də ABŞ komandasının testlərində iştirak edə biləcəklər.

“Peşəkar sürücülərlə ünsiyyət quranda hiss edirəm ki, onların hamısı dünyanın ən sürətli yarış maşınlarını sürməyə can atır, – deyə Akio Toyoda bildirib. – Eyni zamanda, məhz mən Formula1-də zavod proqramımızın bağlanması qərarını verən şəxsəm. Buna görə də düşünürəm ki, sürücülərin bu mövzuda mənimlə səmimi söhbət etmək imkanı heç vaxt olmayıb. Toyota bokslarındakı atmosfer buna şərait yaratmırdı”.

Toyoda həmçinin qeyd edib ki, Yaponiyanın Super Formula seriyasının sürücüləri artıq həm Toyota, həm də Honda-nın dəstəyi ilə Avropada çıxış edirlər və onların hamısı uşaq yaşlarından kartinqlə idmana başlayıblar: “Güman edirəm ki, ölkəmizdə hələ də kartinqdə yarışan və eyni zamanda, ən yaxşı yapon pilotların uğurlarını izləyən çoxlu uşaq var.

Düşünürəm ki, Haas-ın rəhbəri Ayo Komatsu və onun komandası ilə səylərimizi birləşdirərək belə uşaqların sayını artırmağa çalışacağıq. Amma bundan əvvəl Super Formula sürücüsünün Formula1 maşınının sükanı arxasında əyləşəcəyi günü gözləmək istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*