F-1.az xəbər verir ki, ispaniyalı sürücü sosial şəbəkədə paylaşdığı videoda yeni maşının açarlarını aldığını söyləyib.
Hələ dekabr ayında İtaliya mətbuatı yazmışdı ki, Karlosa yeni Ferrari maşını hədiyyə olunub. İndi isə məlum olub ki, sürücünün seçimi Ferrari 812 Competizione modelidir – özünün də dediyi kimi, “xəyalalrın maşını”.
Xatırladaq ki, bu modeli şirkət 2021-ci ilin may ayında təqdim etmişdi. Ondan sonra çox məhdud tirajla istehsal olunub. Model 6.5 litrlik V12 mühərriki ilə təchiz olunub, maksimal gücü 830 at qüvvəsidir.