Karlos Sayns narazıdır

Toro Rosso komandasının sürücüsü Karlos Sayns Palmerlə yaşadığı insidentə görə aldığı cəzadan narazıdır...

F-1.az xatırladır ki, Sayns yarışın ortasında Palmerlə üçüncü döngədə təmas yaşayıb. Təmasdan sonra Palmer tras xarıcınə çıxıb və Sayns onu ötüb.

Yarış stüardları Saynsa buna görə 10 saniyə vaxt cəzası veriblər. İspaniyalı sürücü bu cəzadan sonra 11-ci yerdən 12-ci yerə düşüb. Bundan başqa, Saynsın lisenziyasına 2 bal cəza yazılıb.

Karlos Sayns stüardların qərarı ilə razı deyil: “Əgər siz ikinci döngənin çıxında ötmə etmək istəyirsinizsə, üçüncü döngədə daxili trayektoriyanı tutmalısınız.

Palmer xarici trayektoriyadan gəldi və mən bunu gözləmirdim.

Sol güzgüyə baxırdım, ikinci döngənin çirkli tərəfində bolidin idarəsini itirdi və təmas etdik. O vaxtı mən anladım ki, Palmer mənim sağımda imiş.

İndi videoya baxdım. O əvvəlcə idarəetməni itirir və daha sonra aramızda təmas olur və o, tras xaricinə çıxır. Amma hakimlər elə düşündülər ki, onu guya mən trasdan çıxarmışam.

Belə hadisəyə görə 10 saniyə cəza verilirsə, onda heç kəslə mübarizə apara bilmərsiniz”.

Sayns bundan başqa əlavə edib ki, komanda bolidin performansından razı deyil.

Xatırladaq ki, Toro Rosso 2015-ci ilin Ferrari mühərriklərindən istifadə edir, buna görə də hamı italyanların mövsümün əvvəlində yaxşı nəticələr qazanacağını gözləyirdi. Amma Toro Rosso 4 yarışdan sonra cəmi 17 xal toplayıb və 6-cı yerdədir: “Razı deyilik və bunu gizlətmirik. İlk 4 yarış bizim üçün bərbad keçdi.

Amma mövsüm uzundur. Ümid edirəm ki, rəqiblərimiz Barselonaya güclü mühəriiklərlə gəlməzlər və biz də onlarla mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*