Karlos Sayns: Gələn il Red Bull-u məğlub edə bilərik

Karlos Sayns hesab edir ki, qışda zəifliklər aradan qaldırılarsa, komandası 2023-cü ildə Red Bull-la titulu uğrunda mübarizə aparmağa qadirdir.

F-1.az xəbər verir ki, Ferrari sürücüsü gələn mövsüm üçün nikbindir. Bu il isə mövsümün əvvəlində italyanlar yaxşı təsir bağışlasalar da, mövsümün ikinci yarısında Red Bull-la ayaqlaşa bilmədilər.

“Mənə elə gəlir ki, bizim şansımız var, – deyə ispaniyalı sürücü fikrini əsaslandırmağa çalışıb. – Red Bull bu il yarışlarda üstün idi, lakin nə sıralanmada, nə də yarışda onların sürətdə aşkar üstünlüyü yox idi. Buna görə də mən hesab etmirəm ki, biz məhz maşının təmiz sürəti baxımonlara uduzduq.

Yadınızdadırsa, Ostində poul qazandım və komanda yoldaşım ilk cərgəni tamamladı. Bu nəticə onu deməyə əsas verir ki, bizim maşın Red Bull-dan o qədər də geri qalmırdı. Yarışda maşının tempini artırmaq üçün 2023-cü il təkərlərinin xüsusiyyətlərini başa düşməliyik, çünki məhz uzun məsafədə Red Bull bizdən daha sürətli idi. Gələn il biz strategiyada, təkərlərlə işləməkdə, yarışa yanaşmada irəliyə doğru addım atmaq istəyirik – komanda bunun üzərində işləyir.

Dediyim kimi, təmiz sürət baxımından o qədər də geri qalmırıq. Maşına bir az asfaltayatma qüvvəsi əlavə etmək və motorun gücünü artırmaq lazımdır, onda biz Red Bull səviyyəsinə çatacağıq, bəlkə də daha sürətli olacağıq. Ümid edirik ki, bizdə alınacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*