F-1.az xəbər verir ki, onun sosial media səhifələrində üç dildə: ingilis, italyan və ispan dillərində mesaj peyda olub.
Karlos Sayns: “Bugünkü xəbərlərə əlavə olaraq sizə bildirirəm ki, 2024-cü ilin sonunda Ferrari ilə yollarımızı ayıracağıq. Amma qarşıda hələ uzun mövsüm var və həmişə olduğu kimi, komanda və bütün dünyada Skuderiya azarkeşləri üçün əlimdən gələni edəcəyəm.
Gələcəyimlə bağlı xəbərlər yeri gələndə açıqlanacaq”.