F-1.az xatırladır ki, Sayns bu mövsüm güclü performans göstərir və buna görə də onun Toro Rosso-dan ayrılacağı və gələn il üçün ya Renault-ya, ya da Ferrari-yə keçəcəyi deyilirdi. Amma Red Bull bunun qarşısını almaq üçün ispaniyalı sürücü ilə müqaviləni bir il də uzadıb. Bu da o deməkdir ki, Sayns daha bir il Toro Rosso üçün yarışacaq.
Red Bull komandasının rəhbəri Kristian Horner çərşənbə günü verdiyi açıqlamada bildirib ki, Saynsın komandadakı gələcəyinə əmindir: “Bu həftənin əvvəlində istifadə etdiyimiz opsiyona görə Sayns 12 ay daha Red Bull-un tərkibində qalacaq. Hazırda olduğu kimi, gələn il də Toro Rosso üçün yarışacaq”.
Horner komandanın əlindəki güclü sürücüləri də dəyərləndirib: “Bu doğrudan da mükəmməldir. Önümüzdəki ili il yarım ərzində bu mövzu barədə danışmağa davam edəcəyik”.
Horner Daniil Kvyatın Toro Rosso-da qalacağını düşünür. Horner gələn il Saynsın komanda yoldaşının dəyişiləcəyinə inanmır: “Bu olsa, təəccüblənərəm. Daniil inkişaf etməyə davam edir. Yavaş-yavaş özünü gəlir. O yarışdırmaq istədiyimiz sürücülərdən biridir”.