Kanadadakı yanğınlar yarışa təhlükə yaratmır

Formula1 rəhbərliyi əmin edib ki, Kvebek bölgəsindəki yanğınlar gələn həftə Kanada Qran Prisinə mane olmayacaqlar.

F-1.az xəbər verir ki, əyalətdə ümumilikdə 150-dən çox yanğın qeydə alınıb, lakin onlardan ən yaxını Monrealdan 800 kilometr aralıda yerləşir. Yanğınlardan yaranan duman Nyu York da daxil olmaqla Kanadanın cənub hissəsini və ABŞ-ın şimalını bürüyüb. Monrealın havasının keyfiyyəti həftənin əvvəlində pisləşib, lakin sakinlərə evdə qalmağı və ya küçələrdə hərəkətlərini məhdudlaşdırmağı tövsiyə edəcək həddə çatmayıb.

Son 24 saat ərzində Monrealda havanın keyfiyyəti normal səviyyəyə qayıdıb, gələn həftə üçün ilkin proqnozlar yağış və külək vəd edir ki, bu da Monrealdan dumanı uzaqlaşdırmağa davam edəcək. Bütün bunlar Formula1-ə Kanada Qran Prisinin nəzərdə tutulan 16-18 iyun tarixlərində baş tutacağını təsdiqləməyə imkan verir.

F1-in sözçüsü deyib: “Kanada Qran Prisi təhlükə altında deyil. Monrealdakı vəziyyət hazırda ölkənin digər bölgələrində və ABŞ-ın şimalındakı vəziyyətdən fərqlidir. Risklər aşağı olaraq qalır və Monrealın hava keyfiyyəti yaxşı kimi qiymətləndirilir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*