Kanadada yarışın tarixini dəyişmək istəmirlər

Formula1-də çempionatın mərhələləri arasında uçuşların sayını azaltmağa çalışırlar və bunun üçün təqvimin coğrafi formalaşması prinsipinə keçməyi planlaşdırırlar.

F-1.az xəbər verir ki, bu qərar xüsusilə, Kanada Qran Prisinin iyuna olan tarixinə təsir etməlidir – Monrealdakı mərhələni Mayamidəki yarışa uyğun may ayına və ya payızda Ostində yarışına uyğun dəyişdirməli olacaqlar.

Bununla belə, Kanada Qran Prisinin promouteri Fransua Dümontye qeyd edib ki, yerli iqlimin xüsusiyyətlərinə görə yarış üçün başqa tarix seçmək asan olmayacaq: “Yarışımızın başqa tarixə keçirilməsi uzun müddətdir müzakirə olunur və mən Formula1 rəhbərliyinin əsaslandırmasını mükəmməl başa düşürəm. Nəzəri olaraq problemin həlli sadə görünsə də, reallıqda belə deyil.

Təqvimdə 23 mərhələ var və Formula1-də nəzərə alınmalı 23 müxtəlif amil var. Müzakirələrdə əsas maneəmiz hava şəraitidir. Yarışımızın iyunun əvvəlinə qədər keçirilməsini təsəvvür etmək çətindir. Mərhələnin payıza keçirilməsinə gəldikdə, bu halda biz Jan-Drapo parkının fəaliyyətini pozmaq riskini daşıyırıq. Üstəlik, payızda ölkədəki qurultaylarla üst-üstə düşmə ehtimalı var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*