Kanada Qran Prisini Nyu Cersi yarışı əvəz edəcək?

Kanada Qran Prisi mövsümün ən maraqlı yarışlarından hesab olunur, amma onun gələcəyi təhlükə altındadır – Finlandiyada dərc olunan Turun Sanomat […]

Kanada Qran Prisi mövsümün ən maraqlı yarışlarından hesab olunur, amma onun gələcəyi təhlükə altındadır – Finlandiyada dərc olunan Turun Sanomat qəzeti belə hesab edir…

Berni Ekklstoun, birincisi, yarışın keçirilmə haqqını kəskin qaldırmaq fikrindədir, ikincisi, jil Vilnöv adına trasda ciddi rekonstruksiya işlərinin aparılmasını tələb edir: ilk növbədə komandalar üçün bokslar, tamaşaçılar üçün Paddok-klub və eləcədə Tibb mərkəzi yenidən tikilməlidir. Amma bu yenidənqurma işləri tras rəhbərliyinə 40 milyon dollara başa gələcək. Amma Notr Dam adasında baş tutan Qran Prinin illik gəliri bu məbləğdən qat-qat aşağıdır. Turun Sanomat-ın yazdığına görə, yarışın təşkilatçıları Formula1-in kommersiya başçısı ilə danışıqlarda görüləcək işlərin miqyasını minimuma endirməyə çalışırlar.

Gələn mövsümün təqviminə Nyu Cersi Qran Prisi daxil edilib və bu layihənin gerçəkləşdirilməsində Berni Ekklstoun şəxsən maraqlıdır. Qəzet ehtimal edir ki, Monreal trası ilə müqavilə gələn il başa çatdığı üçün Berni Şimali Amerikadakı daha bir yarışı təqvimdə saxlamaya bilər.

Hərçənd, bu yaxınlarda Monrealda nəşr olunan Gazette qəzetinə müsahibəsində Kanada Qran Prisinin promouetri Fransua Dyumontye bildirmişdi ki, hadisələrin bu cür cərəyan etməsindən qorxmur: “Maraqlıdır: hamı Cersi yarışını mənimlə müzakirə edir, onu bizim mərhələ üçün təhlükə sayırlar. Şəxsən mən şübhə etmirəm ki, Cersinin bizə təsiri olmayacaq. Mənə elə gəlir ki, hər iki tərəf qarşılıqlı fəaliyyət göstərməklə bir-birini tamamlamalıdır. Yenə də, Şimali Amerikada mərhələlərin çoxalması Formula1-in populyarlığını artıracaq və böyük bazar yaradacaq. Mən nikbin köklənmişəm.”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*