Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +14°-15° C, trasın temperaturu +14°-15° C
Bu gün məşqlərin startı təxirə salınıb – trasın texniki xidmətinin əməkdaşları 11-cü döngədə Ferrari Challenge dəstək yarışı zamanı 11-ci döngədə zədələnmiş baryeri bərpa etməli olublar. Nəticədə sessiyanın müddəti iki dəfə qısadlılıb və sürücülər trasda cəmi yarım saat işləyə biliblər.
Dünənki kimi, bu gün də asfalt güclü yağışdan sonra nəm olub, güclü külək əsib. Komandaların Kanadaya gətiridkləri yeniliklərin heç də hamısını yoxlamaq alınmayıb, komandalar bir çox yenilikləri 3 həftədən sonra Silverstounda yoxlayacaqlar.
Sürücülər sessiyaya yağış və keçid təkərləri ilə başlayıblar, trayektoriya tədricən qurumağa başlayıb və məşqlərin sonunda sürücülər sliklərə keçə biliblər.
Son saniyələrdə bütün sürücülər trasa çıxıblar və liderlər tez-tez dəyişiblər, yekunda Mark Uebber protokollara başçılıq edib – 1:17.895.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | M.Uebber | Red Bull | Renault | 1:17.895 | – | 7 |
02 | A.Sutil | Force İndia | Mercedes | 1:18.248 | + 0.353 | 8 |
03 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:18.732 | + 0.837 | 7 |
04 | F.Alonso | Ferrari | Ferrari | 1:18.977 | + 1.082 | 10 |
05 | S.Fettel | Red Bull | Renault | 1:19.131 | + 1.236 | 6 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:19.457 | + 1.562 | 7 |
07 | P.di Resta | Force İndia | Mercedes | 1:19.496 | + 1.601 | 6 |
08 | F.Massa | Ferrari | Ferrari | 1:19.750 | + 1.855 | 9 |
09 | C.Batton | McLaren | Mercedes | 1:19.790 | + 1.895 | 9 |
10 | K.Rəykkönen | Lotus | Renault | 1:20.316 | + 2.421 | 8 |
11 | R.Qrojan | Lotus | Renault | 1:20.596 | + 2.701 | 9 |
12 | P.Maldonado | Williams | Renault | 1:21.035 | + 3.140 | 12 |
13 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:21.364 | + 3.469 | 7 |
14 | M.Çilton | Marussia | Cosworth | 1:21.652 | + 3.757 | 9 |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 1:22.021 | + 4.126 | 14 |
16 | E.Qutyerres | Sauber | Ferrari | 1:22.720 | + 4.825 | 15 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:23.058 | + 5.163 | 7 |
18 | Q.van der Qarde | Caterham | Renault | 1:23.132 | + 5.237 | 14 |
19 | S.Peres | McLaren | Mercedes | 1:23.309 | + 5.414 | 8 |
20 | Ş.Pik | Caterham | Renault | 1:23.620 | + 5.725 | 12 |
21 | V.Bottas | Williams | Renault | 1:24.314 | + 6.419 | 12 |
22 | J.Byanki | Marussia | Cosworth | 1:26.195 | + 8.300 | 9 |