F-1.az xəbər verir ki, yarışın keçirilməsi üçün irəli sürülən bütün tələblər yerinə yetirilib və təşkilatçılar gələn mövsüm təqvimdə olacaqlarını təsdiqləyiblər. İyunun 11-i baş tutması gözlənilən yarışın biletləri noyabrın 24-dən etibarən satışda olacaq.
Fransua Dümontye: “Monrealda – Jil Vilnöv adına trasda mövsümün ən maraqlı yarışlarından biri keçirilir. Azarkeşlərin gələn il yarışa gəlməsi üçün bəhanələri də var – bizim istedadlı həmyerlimiz Ləns Strollu öz trasımızda izləyə biləcəyik. Azarkeşlərimizə maraqlı yarışa baxmağı təklif etdiyimiz üçün məmnunuq”.