Kanada Qran Prisində yenə də ən yumşaq təkər tərkibləri – Soft və SuperSoft istifadə olunacaq, amma yüksək sürət və ilişmənin aşağı səviyyəsi üzündən Monakoya nisbətən təkərlər daha çox yüklənəcək. Dəyişkən hava şəraiti keçən il Monrealda təkərlərin işi barədə kifayət qədər məlumat toplamağa imkan verməmişdi, ona görə də bu dəfə Pirelli pit-stopların sayı barədə proqnoz söyləməyə risk etməyib, amma ehtimal ediblər ki, yalnız bir dəfə təkər dəyişməklə 70 dövrə vurmaq mümkün deyil…
Pol Hembri, Pirelli Motorsport: “Monakodan biz Monreala yollanırıq, burada bizi daha bir maraqlı yarış gözləyir. Bu şəhərdə təqvimin ən gözəl trası yerləşir.
Kandada Soft və SuperSoft tərkibləri öz xüsusiyyətlərini Monakodan daha yaxşı göstərməlidirlər – Monakoda aşağı sürət təkərlərin qızmasını çətinləşdirirdi. Ona görə də hətta SuperSoft uzun dövrələr seriyasına tab gəirmişdi. Amma Monrealda vəziyyət dəyişəcək, çünki bu trasda təkərlərin yüklənməsi çox yüksəkdir.
Yarışda təkərlərə qənaət etmək həmişə vacib olub, xüsusən də yağış zamanı. Keçən il Censon Battonun təkər seçimi hamını təəccübləndirmişdi – altı dəfə təkər dəyişməsinə baxmayaraq, britaniyalı sürücü çox gözəl qələbə qazanmışdı.
Həmin yarış qeyri-standart ssenari üzrə keçmişdi, ona görə də bizim bu trasda normal şəraitdə SuperSoft təkərlərin işi barədə təsəvvürümüz belə yoxdur. Komandalar bu təkərlərlə maşının dolu yanacaq çəni ilə davranışını öyrənməlidirlər. Biz müxtəlif taktiki variantlar gözləyirik – bir pit-stopla inanmıram ki, kimsə bütün yarış məsafəsini qət edəcək…”