Kanada Qran Prisi 2029-cu ilə qədər təqvimdə qalacaq

Yarışın təşkilatçıları müqavilənin uzadılmasını çoxdan istəyirdilər. Lakin Berni Ekklstoun bunun üçün paddok, tibb mərkəzi və s. kimi məkanları yeniləməyi tələb edirdi. Əslində təşkilatçılar 2014-cü ildə yeni müqavilə bağlayarkən bu işləri 2017-ci ilə qədər yekunlaşdıracaqlarına söz vermişdilər.

F-1.az bildirir ki, 18 milyon dollarlıq xərc tələb edən yenidənqurma işləri hələ də aparılmayıb. Yarışın təşkilatçısı Fransua Dümontye müqavilənin uzadılması ilə bağlı açıqlama verib.

Fransua Dümontye: “Bir neçə aydır ki, FOM-la danışıqlar aparırıq. Artıq gələcəyə əminliklə baxa bilərik. Bizim müqaviləmiz 2024-cü ilə qədər nəzərdə tutulmuşdu, lakin onun müddətini 2029-cu ilə qədər artırdıq. Biz müqavilənin şərtlərini yerinə yetirməyə hazırıq. Formula1-in yeni rəhbərliyi ilə danışıqların nəticəsi müsbət alınıb. Onlara uyğunlaşmaq üçün bir qədər vaxt vermək lazımdır. Əvvəlki rəhbərlik yarışların təşkilatçıları ilə danışıqlara çox vaxt ayırmırdılar. Lakin belə görünür ki, Liberty Media bu sahədə də müsbət dəyişikliklər əldə etməyə çalışır.

Bizi qarşıda Kanada Qran Prisinin 50 illiyi, Jak Vilnövün çempion olmasının 20 illiyi gözləyir. Yarışın hələ uzun müddət Monrealda keçiriləcəyinə əminik. Ləns Strollun yarışması da bilet satışlarına müsbət təsir göstərib…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*