Kanada Qran Prisi 2019-cu ilə qədər təqvimdə qala bilər

Yarışın təşkilatçıları 2017-ci və ondan sonrakı illərdə yarışa ev sahibliyi etmək üçün gedən müzakirələrin tezliklə bitməsini gözləyirlər.

F-1.az xatırladır ki, FİA tərəfindən sentyabrda açıqlanan ilkin təqvimdə Kanada Qran Prisinin gələn il iyunun 11-də keçiriləcəyi yazılmış, lakin yarışın hələ təsdiq olunmadığı qeyd edilmişdi. Təşkilatçılar 2014-cü ildə yeni müqavilə bağlayarkən uzun müddət təqvimdə qala bilmək üçün paddok, tibb mərkəzi və s. kimi məkanları 2017-ci ilə qədər yeniləyəcəklərinə söz vermişdilər. Lakin bu müddət ərzində qeyd edilən işlər tam olaraq görülməyib. Bu da yarışın gələcəyini sual altına salıb.

Trasın rəhbərliyi bu işlərin görülməsi üçün verilən vaxtın 2019-cu ilə qədər uzadılmasını istəyir. Bu, qəbul olunduğu təqdirdə, yeni müqavilə imzalanmalıdır. Yarışın təşkilatçısı Fransua Dümontye Berni Ekklstoun və Jan Todtla görüşmək üçün ABŞ Qran Prisinə getmişdi.

Fransua Dümontye: “İndi Ekklstoun və bələdiyyə rəhbərliyi arasında danışıqlar gedir. Gələn il təqvimdə qalacağımıza əminik. İşlərin 2019-cu ilə qədər tamamlanmasını təklif etmişik. Əgər razılığa gələ bilsək, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, rəsmi təqvim noyabrın 30-u açıqlanacaq. Təşkilatçıların düz bir ay vaxtı var…

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*