F-1.az xatırladır ki, yarımçıq qalmış ilk məşqlərdə Valtteri Bottas, ikinci məşqlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib. Dünənki son sərbəst yürüşlərdə isə Maks Ferstappen hamıdan sürətli olub. Niderlandlı sürücü sıralanma turunda da sürprizə imkan verməyib – poul mübarizəsində rəqibsiz olub.
Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Peres, Maqnussen və Bottas sərt, Qasli yumşaq, qalan sürücülər isə orta təkərlərlə start alıblar.
Yarışa Ferstappen və Alonso ilk, Mercedes sürücüləri ikinci, Hülkenberq və Okon isə üçüncü cərgədən başlayıblar.
Startda Ferstappen liderliyini qoruyub, Həmilton Alonsonu qabaqlayıb, ikinci yerə yüksəlib. Piastri Norrisi keçib. Pereslə mübarizədə Sayns trasdan çıxıb və mövqeyini itirib, lakin geri qaytarıb. Tsunoda pit yoluna yönəlib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Həmilton – Alonso – Rassell – Okon – Hülkenberq – Piastri – Norris – Lekler – Elbon.
Alonso bariyerlə təmas yaşayıb. Mühəndisi Sarcentdən 7-ci dövrədə maşını saxlamağı xahiş edib. Maşının təxliyəsi üçün cəmi 1 dəqiqəlik VTM rejimi kifayət edib. Piastri Hülkenberqi qabaqlayıb, Stroll Qaslini ötüb və fransız sürücü dərhal təkər dəyişməyə yollanıb. Ona 12-ci dövrədə Hülkenberq, Stroll və de Friz qoşulublar.
Corc Rassell 9-cu döngədə divara çırpılıb, maşından qırıntılar qopub. Sürücü çətinliklə maşını pit yoluna qədər gətirib. Təhlükəsizlik Maşını trasa daxil olub. Sürücülər pit-stop edib. Norris Elbonun, Həmilton isə Alonsonun önünə təhlükəli şəkildə buraxılıb, lakin heç kim cəzalandırılmayıb.
Restart 17-ci dövrədə verilib, Maks yerini qoruyub, Norris isə komanda yoldaşını geridə qoyub. Piastri şikananı kəsib və yerini Elbona verib. Alonso Həmiltonu 23-cü dövrədə məğlub edə bilib və dərhal ondan uzaqlaşıb. 25-ci dövrədə ilk onluq: Ferstappen – Alonso – Həmilton – Lekler – Sayns – Peres – Okon – Bottas – Norris – Piastri.
Stroll, Hülkenberq, Çjou, Qasli, Tsunoda və Norris təkərlərini dəyişiblər. Mübarizə aparan de Friz və Maqnussen eyni anda təhlükəsizlik cibinə giriblər, lakin onlar daha sonra geri qayıda biliblər. Norris TM arxasında idmançıya yaraşmayan hərəkətlərə görə 5 saniyəlik cəza alıb. Maqnussen, Okon, Bottas, Peres, Piastri, Sayns və Lekler təzə təkərlərə keçiblər.
Peres 40-cı dövrədə Elbonu keçib. Növbəti 3 dövrədə Həmilton, Alonso və Ferstappen ardıcıl pit-stop ediblər. Fernando əylənmədə səhvə yol verib və sürəti azaldıb. Həmilton aradakı fərqi bir qədər azaldıb. Rassell 55-ci dövrədə mühəndisin göstərişi ilə boksa gəlib və mübarizədən çəkilib.
Norris 64-cü dövrədə Bottası qabaqlayıb. Peres sürətli dövrə vurmaq üçün soft təkərlərə keçib və bu işin öhdəsindən gələ bilib. Son anlarda isə Stroll Bottası geridə qoyub.
Beləliklə, Maks Ferstappen mövsümdə altıncı, karyerasında isə 41-ci qələbəsini qazanaraq əfsanəvi Ayrton Sennaya çatıb. Bu, həm də Red Bull komandasının tarixində 100-cü qələbədir. Fernando Alonso podiumun ikinci, Lyuis Həmilton isə üçüncü pilləsinə qalxıb.
Mübarizə iki həftə sonra Avstriyada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 2 | |
2 | 14 | Fernando Alonso | Aston Martin | + 0:09.570 | 2 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:14.168 | 2 |
4 | 16 | Şarl Lekler | Ferrari | + 0:18.648 | 1 |
5 | 55 | Karlos Sayns | Ferrari | + 0:21.540 | 1 |
6 | 11 | Serxio Peres | Red Bull | + 0:51.028 | 2 |
7 | 23 | Aleksander Elbon | Williams | + 1:00.813 | 1 |
8 | 31 | Esteban Okon | Alpine | + 1:01.692 | 2 |
9 | 18 | Ləns Stroll | Aston Martin | + 1:04.402 | 2 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 1:04.432 | 1 |
11 | 81 | Oskar Piastri | McLaren | + 1:05.101 | 2 |
12 | 10 | Pyer Qasli | Alpine | + 1:05.249 | 2 |
13 | 4 | Lando Norris | McLaren | + 1:08.363 | 2 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:13.423 | 2 |
15 | 27 | Niko Hülkenberq | Haas | +1 dövrə | 2 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | +1 dövrə | 2 |
17 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
18 | 21 | Nik de Friz | AlphaTauri | +1 dövrə | 2 |
Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:14.481 (70-ci dövrə)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Corc Rassell | Mercedes | 55 | əyləc |
Loqan Sarcent | Williams | 7 | mexaniki problem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Fertappen | Oracle Red Bull Racing | 195 | |
2 | 11 | Serxio Peres | Oracle Red Bull Racing | 126 | |
3 | 14 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 117 | |
4 | 44 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 102 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 68 | |
6 | 63 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 65 | |
7 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 54 | |
8 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 37 | |
9 | 31 | Esteban Okon | BWT Alpine F1 Team | 29 | |
10 | 10 | Pyer Qasli | BWT Alpine F1 Team | 15 | |
11 | 4 | Lando Norris | McLaren F1 Team | 12 | |
12 | 23 | Aleksander Elbon | Williams Racing | 7 | |
13 | 27 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 6 | |
14 | 81 | Oskar Piastri | McLaren F1 Team | 5 | |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 5 | |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team Stake | 4 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 2 | |
18 | 20 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 321 |
2 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 167 |
3 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 154 |
4 | Scuderia Ferrari | Ferrari | 122 |
5 | BWT Alpine F1 Team | Renault | 44 |
6 | McLaren F1 Team | Mercedes | 17 |
7 | Alfa Romeo F1 Team Stake | Ferrari | 9 |
8 | MoneyGram Haas F1 Team | Ferrari | 8 |
9 | Williams Racing | Mercedes | 7 |
10 | Scuderia AlphaTauri | Honda RBPT | 2 |