Kanada-2023: Üçüncü stüard – Enrike Bernoldi

Hər il olduğu kimi, FİA bu dəfə də Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edir.

F-1.az xəbər verir ki, keçmiş Formula1, ChampCar, İndyCar, WEC və FİA GT pilotu Enrike Bernoldi Kanada Qran Prisinin üçüncü stüardı seçilib.

Onunla birlikdə mübahisəli məqamları FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü Qəri Konelli və F2, F3 və Formula E yarışlarında stüard kimi çalışan belçikalı Matye Remmeri təhlil edəcəklər.

Bernoldi bu il artıq Səudiyyə Ərəbistanı, Avstraliya və Azərbaycan mərhələlərində üçüncü stüard vəzifəsində çalışıb. Bəhreyndə və İspaniyada Derek Vorvik bu vəzifədə, Mayamidə Denni Sallivan, Monakoda isə Emmanuele Pirro eyni vəzifədə işləyiblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*