F-1.az xəbər verir ki, Jil Vilnöv adına Monreal trasının dövrəsində əsasən təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş bəzi dəyişikliklər edilib.
Pit divarının sonundakı beton divar daha 106 metr uzadılıb. Həmçinin 1-ci döngənin təhlükəsizlik zonasındakı beton divarın və baryerlərin konfiqurasiyası və yeri dəyişdirilib, 7-ci döngədə də analoji dəyişikliklər edilib.
3-cü döngənin təhlükəsizlik zonası genişləndirilib. Pit yoluna girişin eni 4,5 metrə endirilib.
Ötən il olduğu kimi, trasda üç DRS zonası var. Birinci zonanın maşınlar arasındakı intervalın ölçülməsi (deteksiya) nöqtəqəsi 5-ci döngəyə 15 metr qalmış yerləşir. Aktivləşdirmə (aktivasiya) nöqtəsi 7-ci döngədən 95 metr sonra yerləşir.
İkinci və üçüncü DRS zonaları ümumi deteksiya nöqtəsi ilə birləşir – 9-cu döngədən sonra 110 metr. Birinci aktivasiya nöqtəsi 12-ci döngəyə 155 metr qalmış, ikincisi 14-cü döngədən 70 metr sonra yerləşir.