Kanada-2023: Sıralanma turu

Monrealda ötmələr asan olduğundan, sıralanma turunun nəticələri çox əhəmiyyət daşımır.

F-1.az xatırladır ki, yarımçıq qalmış ilk məşqlərdə Valtteri Bottas, ikinci məşqlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib. Bugünkü son sərbəst yürüşlərdə isə Maks Ferstappen hamıdan sürətli olub.

Pirelli bura ən yumşaq 3 tərkibi – C3, C4 və C5-i gətirib. Lakin bu gün yağış yağdığından, onlara az ehtiyac yaranıb.

Birinci sessiyada hamı trasa keçid təkərləri ilə çıxıb. Çjou güc qurğusundakı problemə görə dayandığından, qırmızı bayraqlar dalğalanıb. Sayns sürətli dövrə vuran Qasliyə mane olub. Fransız sürücü belə hərəkətə görə diskvalifikasiya etməyə çağırıb. Stüardlar məsələni sıralanma turundan sonra araşdıracaqlar. Tsunoda ilə Hülkenberq arasında da insident olub.

Asfalt tədricən qurusa da, hamı keçid təkərdə qalıb. Çjou, Sarcent, de Friz, Qasli və Tsunoda sıralanma turu ilə vidalaşmalı olublar. Sürətli dövrə isə Ferstappendən gəlib – 1:20.851.

İkinci sessiyada çoxları yaşıl təkərləri seçib. Stroll yerində fırlanıb. Sayns bu dəfə trasda lap yavaşlayıb və Elbona mane olub. Hakimlər Leklerə tras hüdudlarını pozmasına görə xəbərdarlıq ediblər. Sessiyanın sonuna yaxın yağış güclənib. Ən sürətli dövrəni 1:18.725 ilə Elbon vurub. Bottas, Maqnussen, Stroll, Peres və Lekler ilk onluğa düşə bilməyiblər.c

Son sessiyada hamı havanın daha da pisləşəcəyindən hetiyat edərək trasa tələsib. Keçid təkərlər bu dəfə də əsas seçim olub. Piastrinin qəzası qərməzə bayraqlara səbəb olub. Fasilədən sonra sürücülər yenidən keçid təkərləri ilə trasa çıxıblar, lakin trada su artdığından, heç kim nəticələri yaxşılaşdıra bilməyib.

Maks Ferstappen karyerasında 25-ci poulunu əldə edib – 1:25.858. Niko Hülkenberq sürpriz şəkildə ikinci nəticəni göstərib. Fernando Alonso isə üçüncü olub. Sbahakı yarışa onun yanından Lyuis Həmilton başlamalıdır. Üçüncü cərgə isə Corc Rassell və Esteban Okonundur.

Sabah bizi bənzərsiz yarış gözləyir…

SIRALANMA TURUNUN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:20.851 12 2 1:19.092 9 1:25.858 5
2 27 Niko Hülkenberq Haas 15 1:22.730 13 8 1:20.305 7 1:27.102 5
3 14 Fernando Alonso Aston Martin 2 1:21.481 12 5 1:19.776 8 1:27.286 5
4 44 Lyuis Həmilton Mercedes 3 1:21.554 12 10 1:20.426 9 1:27.627 5
5 63 Corc Rassell Mercedes 4 1:21.798 12 7 1:20.098 8 1:27.893 5
6 31 Esteban Okon Alpine 8 1:22.114 12 9 1:20.406 8 1:27.945 5
7 4 Lando Norris McLaren 7 1:21.998 12 3 1:19.347 9 1:28.046 5
8 55 Karlos Sayns Ferrari 11 1:22.248 12 6 1:19.856 8 1:29.294 6
9 81 Oskar Piastri McLaren 10 1:22.190 12 4 1:19.659 9 1:31.349 3
10 23 Aleksander Elbon Williams 6 1:21.938 14 1 1:18.725 5  – 5
11 16 Şarl Lekler Ferrari 5 1:21.843 12 11 1:20.615 10
12 11 Serxio Peres Red Bull 9 1:22.151 13 12 1:20.959 10
13 18 Ləns Stroll Aston Martin 14 1:22.677 12 13 1:21.484 8
14 20 Kevin Maqnussen Haas 13 1:22.351 12 14 1:21.678 9
15 22 Valtteri Bottas Alfa Romeo 12 1:22.332 13 15 1:21.821 10
16 22 Yuki Tsunoda AlphaTauri 16 1:22.746 11
17 10 Pyer Qasli Alpine 17 1:22.886 11
18 21 Nik de Friz AlphaTauri 18 1:23.137 12
19 2 Loqan Sarcent Williams 19 1:23.337 14
20 24 Quanyu Çjou Alfa Romeo 20 1:23.342 11
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*