Kanada-2023: İkinci sərbəst yürüşlər

Birinci məşqlər trasda müşahidə kameralarına girişdə yaranan texniki nasazlıqlar səbəbindən vaxtından əvvəl başa çatıb.

F-1.az xəbər verir ki, buna görə də ikinci məşqlərin vaxtı yarım saat uzadılıb və yarım saat tez başlayıb. FİA təsdiq edib ki, trasda kameralar üzərində iş başa çatıb, problem müvəqqəti olaraq həll olunub və hər hansı çətinliklərin təkrarlanacağı halda onların ehtiyat planı var.

Asfaltın vəziyyəti yaxşı olmayıb. Sürücülər sərt asılqanlardan, asfaltla ilişmənin olmamasından şikayətləniblər.

Ferstappen sürət qutusunun sinxronizasiyasından şikayətlənib və bunu həll etməyə xeyli vaxt sərf olunub. Proqnozlar güclü yağış vəd etdiyindən hamı proqramını yerinə yetirmək üçün tələsib.

Sakit keçən sessiyanın 30-cu dəqiqəsindən qırmızı bayralqar peyda olub – Hülkenberqin maşını pit-leynə daxil olduqdan sonra tüstülənib və dayanıb. Marşallar onu söndürməyə tələsdibər, məyus Niko isə boksa piyada qayıdıb – xoşbəxtlikdən o, uzaqda olmayıb.

Səkkiz dəqiqədən sonra sürücülər yenidən yola düşüblər. Peres səkkizinci döngənin çıxışında baryerə toxunduqdan sonra yavaş-yavaş pitə qayıtsa da, maşına heç bir ziyan dəyməyib. Bir neçə dəqiqədən sonra qırmızı bayraqlar yenidən dalğalanıb – Okon doqquzuncu döngənin çıxışında mühəndisin əmri ilə maşını saxlayıb. Hamı bokslara qayıdıb.

Yaşıl işıqlar yandıqdan sonra səma qara buludlarla örtüldüyü üçün hamı trasa tələsib. Bir neçə sürücü Çempionlar divarı ilə toqquşmaqdan son anda qurtulublar. Az sonra proqnozlaşdırılan güclü yağış başlayıb və hamı bokslara qayıdıb.

Sessiyanı davam etdirməyin mənası olmayıb. Lyuis Həmilton 1:13.718-lik nəticə ilə protokollara başçılıq edib. Məşqlər sabah davam edəcək. Lakin sabaha da yağış proqnozlaşdırılıb…

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes 1:13.718 30
2 63 Corc Rassell Mercedes 1:13.745 + 0:00.027 31
3 55 Karlos Sayns Ferrari 1:13.844 + 0:00.126 39
4 14 Fernando Alonso Aston Martin 1:14.044 + 0:00.326 38
5 16 Şarl Lekler Ferrari 1:14.094 + 0:00.376 38
6 1 Maks Ferstappen Red Bull 1:14.142 + 0:00.424 34
7 77 Valtteri Bottas Alfa Romeo 1:14.220 + 0:00.502 34
8 11 Serxio Peres Red Bull 1:14.250 + 0:00.532 40
9 18 Ləns Stroll Aston Martin 1:14.419 + 0:00.701 31
10 10 Pyer Qasli Alpine 1:14.477 + 0:00.759 39
11 81 Oskar Piastri McLaren 1:14.533 + 0:00.815 38
12 20 Kevin Maqnussen Haas 1:14.544 + 0:00.826 35
13 4 Lando Norris McLaren 1:14.617 + 0:00.899 40
14 24 Quanyu Çjou Alfa Romeo 1:14.811 + 0:01.093 37
15 22 Yuki Tsunoda AlphaTauri 1:14.941 + 0:01.223 43
16 21 Nik de Friz AlphaTauri 1:15.002 + 0:01.284 38
17 23 Aleksander Elbon Williams 1:15.003 + 0:01.285 33
18 31 Esteban Okon Alpine 1:15.092 + 0:01.374 17
19 2 Loqan Sarcent Williams 1:15.426 + 0:01.708 38
20 27 Niko Hülkenberq Haas 1:16.369 + 0:02.651 11
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*