Kanada-2023: Həftəsonuna ilkin hava proqnozu

Kanada Qran Prisi üçün ilkin proqnozlar yarış həftəsonu günlərində buludlu və yağışlı hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü Monrealda günün birinci yarısında yağıntı gözlənilir, hava +21 dərəcəyə qədər istiləşəcək. Şənbə günü buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntısız havanın +23 dərəcəyədək isti olacağı gözlənilir. Bazar günü səhər yağış yenidən Monreala qayıdacaq, temperatur +24 dərəcədən çox olmayacaq.

Xatırladaq ki, keçən il burada son məşqlər və sıralanma turu yağışlı, digər sessiyalar isə quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*